Biqovka və qatlama: kağız niyə çatlayır?
Gözəl çap olunmuş buklet, açıqca və ya dəvətnamənin qat xəttində ağ çatlar görünürsə, bütün iş keyfiyyətsiz görünür. Bunun qarşısı…

Kağız istehsalı zamanı sellüloz lifləri kağız maşınının hərəkət istiqamətində düzülür. Bu, kağızın lif istiqaməti adlanır. Gözlə görünməsə də, lif istiqaməti çap, qatlama və cildləmə zamanı nəticəyə birbaşa təsir edir.
Liflər vərəqin uzun tərəfinə paralel düzülübsə – uzun lifli (long grain), qısa tərəfinə paralel düzülübsə – qısa lifli (short grain) kağız adlanır. Kataloqlarda bu adətən ölçünün yanında göstərilir: məsələn, 70×100 sm (LG), yaxud lif istiqamətinə paralel olan ölçünün altından xətt çəkilir.
Lif boyunca qatlanan kağız hamar və təmiz qat verir. Lifə qarşı qatlandıqda, xüsusən qalın və dolğun çap olunmuş kağızda, qat xətti boyunca çatlar yaranır və boya qopur.
Cildləmədə liflər kitabın belinə (tikiş xəttinə) paralel olmalıdır. Əks halda səhifələr çətin açılır, dalğalanır və kitab öz-özünə bağlanmağa meyl edir.
Kağız nəmi udduqda lifə perpendikulyar istiqamətdə daha çox genişlənir. Bu, ofset çapda rənglərin üst-üstə düşməməsinə, qutuların və üzlüklərin əyilməsinə səbəb ola bilər.
Qutunun bərkliyi də lif istiqamətindən asılıdır. Düzgün yönəldilmiş karton qutunun divarlarını daha möhkəm edir.
Printshop-da dizayn kağızları, karton, laminasiya plyonkası, folqa və cildləmə materialları mövcuddur. Ətraflı məlumat və qiymətlər üçün zəng edin və ya WhatsApp-a yazın: 050 890 11 44. Ünvan: A.Salamzadə küçəsi, Bakı.
Gözəl çap olunmuş buklet, açıqca və ya dəvətnamənin qat xəttində ağ çatlar görünürsə, bütün iş keyfiyyətsiz görünür. Bunun qarşısı…
Dizayn kağızı nədir və harada istifadə olunur? Poliqrafiya sahəsində dizayn kağızı, premium kateqoriyaya aid olan, vizual və toxun…
Hər gün istifadə etdiyimiz kağızın – vizit kartından qutuya qədər – haradan gəldiyini heç düşünmüsünüz? BMT-nin Ərzaq və Kənd Təsə…
Kağız seçimi, qramaj və ölçülər üzrə məsləhət üçün bizimlə əlaqə saxlayın.