Rəngli dizayn kağızları ilə yaradıcılığa dəstək.
PRİNTSHOP – Azərbaycanda qablaşdırma, etiket, qutu, dəvətnamə və digər poliqrafiya məhsulları istehsal edən kiçik və orta şirkətlər üçün yaradılmış etibarlı tərəfdaşdır. Məqsədimiz müştərilərimizi idxal və böyük stok xərclərinin yükündən azad edərək, onlara birbaşa yüksək keyfiyyətli və elit materiallara çıxış imkanı yaratmaqdır. Biz xüsusi dizayn kağızları, cildləmə materialları, fərqli rəngli və teksturalı laminasiyalar, folqalar və poliqrafiyada fərq yaradan məhsullarla yaradıcılığa real dəstək veririk.
PRİNTSHOP sadəcə material təqdim etmir – biz müştərilərimizin brendinə güc qatırıq.
Türkiyə, Almaniya, İtaliya, Çin və digər qabaqcıl istehsalçı ölkələrdən gətirilən geniş məhsul çeşidi ilə bazarda fərqlənirik. Burada hər ideya üçün uyğun material, hər dizayn üçün doğru seçim var.
Artıq standartları aşmağın vaxtıdır.
PRİNTSHOP peşəkar və təlim keçmiş satış komandası, çevik logistika dəstəyi, güclü maliyyə strukturu, rəqabətqabiliyyətli qiymət siyasəti və sərfəli ödəniş şərtləri ilə həm fərdi müştərilərə, həm də korporativ tərəfdaşlara yüksək səviyyədə xidmət göstərir.
PRİNTSHOP – materialdan başlayıb, brendə çevrilən yol.